...

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

Gündəm Materials 23 İyul 2025 17:47 (UTC +04:00)
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb.

Medianın İnkişafı Agentliyindən Trend-ə bildirilib ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti