...

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 22 Avqust 2016 12:54 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Trend-i buradan izləyin

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Dolların dünya valyuta birjalarında (FOREX) ucuzlaşmasının sürətlənməsi Avro/Dollar cütlüyü üzrə qiymətinin 1.1233$-ı yuxarı istiqamətdə qırmasına səbəb olmuşdur. Keçən həftə ərzində 1.1365$-a kimi bahalaşan cütlük üzrə qiymətin texniki mənzərəsi ilə tanış olduqda, qiymətin bu həftə yenidən 1.1096$ və 1.0909$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

GBP

Keçən həftə Böyük Britaniyanın iyul ayı üzrə pərakəndə satış dövriyyəsi və inflyasiya səviyyəsi ilə bağlı göstəricilərin yaxşı açıqlanmasından sonra funt sterlinqin qiyməti 1.28$-dan 1.31$-a kimi bahalaşdı. InvestAZ analitiklərinin fikrincə, qiymət əlavə olaraq 1.32 və 1.34$-a kimi bahalaşa bilər.

TRY

ABŞ dollarının türk lirəsinə nisbətən (USD/TRY-nin) qiyməti isə ucuzlaşmaqda davam edir. Artıq 2.91 TL-yə kimi ucuzlaşan ABŞ dollarının qiyməti 2.90 TL və 2.87 TL-yə kimi də ucuzlaşa bilər. ABŞ-da Federal Ehtiyat Sisteminin uçot faiz dərəcəsini artıra bilməməsi dolların dünya valyuta birjalarında ucuzlaşmasına təsir edir.

OIL

InvestAZ analitiklərinin gözlədikləri kimi eneriji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir. Artıq 51$-a kimi bahalaşan Brent əlavə olaraq 53$-a kimi bahalaşa bilər. Ümumiyyətlə 53$ səviyyəsi son 9 ayın maksimum səviyyəsi sayıldığından önəmlidir. Bu səbəblə, Brentin qiyməti 53$-ın üzərində möhkəmlənməkdə bir müddət çətinlik çəkə bilər.

GOLD

Dünya maliyyə bazarlarında və qlobal iqtisadiyyat ilə bağlı müxtəlif fikirlər qızılın qiymətində üfüqi dalğalanmalara səbəb olur. Əmtəə bazarlarında qızılın bir unsiya qiyməti hələ də 1331$ (42.7$/qram) və 1358$ (43.5$/qram) aralığında ticarət olunur. Lakin ümumilikdə qiymət 1360$-ın (43.6$) altında qaldıqca, əlavə olaraq 1310$-a (42.0$/qram) kimi ucuzlaşa biləcəyi proqnozları hələ də aktualdır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti