...

Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 31-ə çatıb

İqtisadiyyat Materials 21 Oktyabr 2016 16:23 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri davam etdirilir.
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 31-ə çatıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mütəmadi olaraq Bakıda və ölkənin digər şəhərlərində çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara Mənzil Məcəlləsindən irəli gələn hüquq və vəzifələr, yeni idarəetmə metodlarının üstünlüyü barədə məlumat verilir, habelə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) təşkili istiqamətində tövsiyələr verilir, maarifləndirici broşürlər və materiallar paylanılır.

Bununla yanaşı, sahə mülkiyyətçiləri arasında maarifləndirmə və təbliğat işlərinin təmin olunması, onların suallarının cavablandırılması, binalarda idarəetmənin təşkilinə yardım göstərilməsi məqsədilə Nazirliyin təşəbbüsü və yerli icra orqanlarının, eləcə də bələdiyyələrin təşkilatçılığı ilə Bakı şəhərinin Binəqədi, Nizami və Nəsimi rayonlarda, həmçinin Sumqayıt və Mingəçevir şəhərlərində Maarifləndirmə mərkəzləri yaradılıb.

Görülən işlərin nəticəsində 1oktyabra Bakı şəhərinin Yasamal rayonunda 8, Binəqədi rayonunda 6, Xətai rayonunda 5, Nərimanov rayonunda 3, Nəsimi və Səbail rayonlarının hər birində 4 və Abşeron rayonunda 1 MMMC yaradılaraq dövlət qeydiyyatından keçib. Bununla da ölkə üzrə MMMC-lərin sayı artıq 31-ə çatıb.

Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin ayrı-ayrı ərazilərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti