...

Yubanan İstanbul-Bakı aviareysi Heydər Əliyev aeroportuna çatıb (YENİLƏNİB)

İqtisadiyyat Materials 9 Yanvar 2017 21:07 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” QSC-nin İstanbul-Bakı aviareysi yerli vaxtla saat 20:43-də Heydər Əliyev adına beynəlxalq hava limanına çatıb.
Yubanan İstanbul-Bakı aviareysi Heydər Əliyev aeroportuna çatıb (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

“Azərbaycan Hava Yolları” QSC-nin İstanbul-Bakı aviareysi yerli vaxtla saat 20:43-də Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına çatıb.

Trend hava limanının saytına istinadən bu barədə məlumat verir.

XXX

17:10

“Azərbaycan Hava Yolları” QSC-nin İstanbul-Bakı aviareysi qeyri-müəyyən müddətədək təxirə salınıb. Bu barədə Trend-ə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanından məlumat verilib.

Məlumatda qeyd olunur ki, həmin reys Bakıya saat 17:05-də çatmalı idi. Lakin, İstanbulda davam edən kəskin hava şərtləri ilə əlaqədar Atatürk hava limanından çox sayda uçuş təxirə salınıb.

Hazırda həmin reysin nə vaxt həyata keçiriləcəyi məlum deyil.

İstanbulda göl donub (VİDEO)

İstanbulda göl donub (VİDEO)

Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti