...

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 13 Fevral 2017 12:07 (UTC +04:00)

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Dünya birjalarında Amerikanın prezidenti Donald Trampın vergi siyasəti ilə bağlı sonuncu açıqlamaları və Avrozonada Yunanıstana yeni maliyyə yardımı fonunda siyasi danışıqlar EUR/USD məzənnəsinin keçən həftə ərzində 1.0607$-a kimi ucuzlaşmasına təsir edib. Bu həftə isə valyuta birjalarında ticarət aktivliyinin artmasına təsir edə biləcək Avrozonanın 2016-ci il üzrə iqtisadi inkişaf və Amerikanın yanvar ayı üzrə inflyasiya göstəriciləri investorların gündəmində olacaqdır. İnvestAZ analitiklərinin təhlillərinə əsasən isə məzənnənin yenidən 1.0718 və 1.0744$-a kimi bahalaşa biləcəyi proqnozları öz aktuallığını qorumaqdadır. Hətta 1.0776$-ın da şahidi ola bilərik.

GBP

Enerji bazarlarında neft qiymətlərinin bahalaşmasının Funt/Dollar cütlüyünün dəyər qazanmasına təsir edə biləcəyi gözlənilir. Artıq keçən həftə ərzində 1.2581$-a kimi 2% bahalaşan GBP/USD məzənnəsi bu səviyyənin üzərində möhkəmləndikcə, 1.2673$-a kimi də bahalaşa bilər.

TRY

Dollar/Lirə cütlüyünün qiyməti 3.66TL-ə ticarət edilməkdədir. Cütlük üzrə qiymətin texniki mənzərəsinin təhlilləri onu göstərir ki, qiymət keçən həftənin minimum səviyyəsi sayılan 3.66TL-nin üzərində ticarət edildikcə, yenidən 3.76TL-ə kimi bahalaşa bilər.

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti isə gözlənildiyi kimi 57$-a ticarət edilməkdədir. Dünya bazarlarında neft istehsalının azalması xəbərləri və dolların ucuzlaşması neftin dəyər qazanmasına dəstək olur. Beləliklə, qiymət keçən həftənin maksimum səviyyəsi sayılan 57$-ın üzərində ticarət edildikcə, 58$-a kimi də dəyər qazana bilər.

GOLD

Əlvan metallar bazarında isə qızılın bir unsiya üzrə qiyməti cari ilin maksimum səviyyəsini 1245$-la (39.9 $/qram) yenilədikdən sonra 1222$-a (39.2 $/qram) kimi ucuzlaşmağa başlayıb. Qiymətin gələcək günlərdə sözügedən 2 qiymət aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti