...

Bakıda Azərbaycan və Türkiyə turizm agentlikləri arasında görüş olub

İqtisadiyyat Materials 5 Aprel 2017 16:54 (UTC +04:00)
Azərbaycanın turizm agentliklərinin nümayəndələri ilə Türkiyənin məşhur kurort məkanlarında yerləşən otellərin nümayəndələri arasında rəsmi görüşlər keçirilib.
Bakıda Azərbaycan və Türkiyə turizm agentlikləri arasında görüş olub

Bakı. Trend:

Bu gün "Four Seasons Baku" otelində keçirilən «SUMMER TOUR Workshop» forumu çərçivəsində Azərbaycanın turizm agentliklərinin nümayəndələri ilə Türkiyənin məşhur kurort məkanları Antalya, İzmir, Bodrum, Dalaman, həmçinin İstanbulda yerləşən otellərin nümayəndələri arasında rəsmi görüşlər keçirilib.

"Silk Way Travel" Trend-ə verilən məlumata görə, şirkətinin mətbuat xidmətindən Həmin otellər sırasına Hilton, Rixos, Titanic Hotels, Conrad və digər aparıcı otellər şəbəkələri daxildir.

Forumun əsas məqsədi Azərbaycanın turizm sənayesinin nümayəndələrinin Türkiyə kurortlarının müasir otellərinin xidmətləri ilə tanışlıqdan, habelə iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin daha da inkişaf etdirilməsindən ibarət olub.

Ümumilikdə tədbirdə Azərbaycandan 400-dən artıq və Türkiyədən 60-dan artıq nümayəndə iştirak edib.Forumun yekunlarına əsasən lotereya oynanılıb və iştirakçılar ödənişsiz gecələmə kuponları qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti