...

Bakıda dördüncü CEO Lunch təşkil olunub (FOTO)

İqtisadiyyat Materials 18 May 2017 02:25 (UTC +04:00)
Caspian European Club və Caspian American Club Bakıda dördüncü CEO Lunch keçirib
Bakıda dördüncü CEO Lunch təşkil olunub (FOTO)

Bakı. Trend:

Caspian European Club və Caspian American Club Bakıda dördüncü CEO Lunch keçirib.

""Networking"in aparıcı vasitəsi olan CEO Lunch şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. Caspian European Club və Caspian American Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda CEO Lunch keçirir”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

Tədbirdə çıxış edən Telman Əliyev Gürcüstanda sentyabr ayından Tbilisi və Batumidə biznes-forumlar, CEO lunch, treninqlər, seminarlar, dəyirmi masalar, illik Caspian Energy Forum, milli və beynəlxalq mükafatların təqdimetmə mərasimlərinin təşkili ilə məşğul olacaq Caspian Energy Georgia şirkətinin fəaliyyətə başlayacağını qeyd edib.

Telman Əliyev Caspian Energy-nin fəaliyyətini təzədən quran və yeniləyən xarici ofislərdə pay iştirakını satışa çıxardığını qeyd edib.

Bu gün Hyatt Regency Baku otelində keçirilən CEO Lunch çərçivəsində Caspian European Club və Caspian American Club-un İdarə heyətinin hər bir üzvü Klubun planları və onun gələcək inkişafı üzrə təklifləri haqda danışıb. Həmçinin şirkət rəhbərləri öz fəaliyyətləri barədə qısa məlumat veriblər.

Caspian European Club və Caspian American Club-da təmsil olunan və öz iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Busi­ness Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

Xəbər lenti

Xəbər lenti