...

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 31 İyul 2017 10:13 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Foreks bazarlarında EUR/USD məzənnəsi keçən həftə Amerika Mərkəzi Bankının (FED) faiz qərarından sonra 1.1776$-a kimi bahalaşsa da, yenidən 1.1650$-a kimi ucuzlaşıb. Lakin qiymət yenidən 1.1776$-a kimi bahalaşarsa, əlavə olaraq 1.1870$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00 və cümə günü saat 16:30-da müvafiq olaraq açıqlanacaq, Avrozonanın inflyasiya səviyyəsi və Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik məlumatların, beynəlxalq maliyyə bazarlarında ticarət aktivliyinin daha da artmasına təsir edəcəyi gözlənilir.

GBP

FED-in faiz dərəcələrini artırmaması qərarı fonunda GBP/USD məzənnəsi də 1.3159$-a kimi dəyər qazanıb. Hal-hazırda 1.3120$-a ticarət edilən valyuta cütlüyünün qiyməti də yenidən 1.3159$-a kimi bahalaşsa, 1.3222$-a kimi də dəyər qazana bilər. Cümə axşamı Bakı vaxtı ilə saat 15:30-da baş tutacaq, İngiltərə Mərkəzi Bankının monetar siyasəti ilə bağlı mətbuat konfransı da investorların diqqət mərkəzindədir.

TRY

Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiymətinin də 3.51TL və 3.49TL-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, cümə axşamı Bakı vaxtı ilə saat 11:00-da yayımlanacaq, Türkiyədə sonuncu inflyasiya səviyyəsi ilə bağlı fundamental məlumatların da lirənin qiymətinə təsir edəcəyi gözlənilir.

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 52.55$-a kimi bahalaşıb və qiymət əlavə olaraq 53.60$-a kimi də dəyər qazana bilər. İyul ayında Amerikanın neft ehtiyatlarında azalma dinamikasının güclənməsi, neftə olan tələbin daha da artmasına işarədir və beləliklə qiymətlərin bahalaşması müşahidə edilir.

GOLD

Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti keçən həftə ərzində 1271$-a (40.8 $/qram) kimi 2% bahalaşıb. Təhlillərə əsasən, maliyyə bazarlarında dolların ucuzlaşması ilə bahalaşan qızıl qiymətləri əlavə olaraq 1279$-a (41.0 $/qram) kimi bahalaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti