...

Ukrayna şəhərinin meri Bakı Şopinq Festivalı haqqında: Əla ideyadır!

İqtisadiyyat Materials 28 Oktyabr 2017 15:01 (UTC +04:00)
Bakı Şopinq Festivalının miqyası Ukraynanın kurort şəhəri Truskavesin meri Andrey Kulçinskidə ciddi təəssürat yaradıb.
Ukrayna şəhərinin meri Bakı Şopinq Festivalı haqqında: Əla ideyadır!

Bakı. Trend:

Bakı Şopinq Festivalının miqyası Ukraynanın kurort şəhəri Truskavesin meri Andrey Kulçinskidə ciddi təəssürat yaradıb.

Trend-in məlumatına görə, bu barədə o, festivalın rəsmi saytı www.bakushopfest.com-a açıqlamasında bildirib.

Mer qeyd edib ki, Bakı Şopinq Festivalının keçirilməsi şərtləri və əhatə dairəsi ilə tanış olandan sonra mən bir daha başa düşdüm ki, bir ölkə üçün gəlir mənbələrinin diversifikasiyası nə qədər əhəmiyyətlidir və bunu necə uğurlu və kreativ formada etmək olar: "Afərin, əla ideyadır! Mənim belə layihələrdən xoşum gəlir. Onlar daxili və xarici turizmin artımına səbəb olur, biznesi canlandırır. Mən şəxsən bu layihədə yaxşı planlaşdırma və təşkilatçılıq gördüm".

O, ümid edir ki, bu günlərdə Bakıda səfərdə olan həmyerliləri yaradılmış alış-veriş imkanından mütləq istifadə edəcəklər: “Bakıda olan bütün dostlarıma və yaxınlarıma festivalda iştirak etməyi və uğurlu alış-verişdən sonra yaxşı əhval-ruhiyyə arzu edirəm. Aldıqlarınızdan Truskavesə də gətirin”.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti