...

Kiçik və orta sahibkarlar üçün elektron ticarət mövzusunda seminar keçirilib

İqtisadiyyat Materials 8 Noyabr 2017 18:43
Azərbaycan sahibkarları yerli məhsulların xarici bazarlara çıxarılmasında beynəlxalq elektron ticarət platformalarının əhəmiyyəti, bu resurslardan istifadə barədə məlumatlandırılıb.
Kiçik və orta sahibkarlar üçün elektron ticarət mövzusunda seminar keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin təşkilatçılığı ilə “Kiçik və orta sahibkarlar üçün sərhədlərarası e-ticarət” mövzusunda keçirilmiş seminarda 40-a yaxın iş adamı iştirak edib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində təşkil olunmuş seminarda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığa göstərilən dəstək tədbirləri barədə məlumat verib, e-ticarətin önəmini vurğulayaraq sahibkarları elektron bazardan faydalanmağa dəvət edib.

Beynəlxalq Ticarət Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbəri Yelena Butrimova və mərkəzin eksperti Mohammad Es Fih yerli məhsulların xarici bazarlara çıxarılması üçün beynəlxalq e-ticarət platformaları və onlardan istifadə qaydaları barədə danışıblar.

Seminarda həmçinin, rəqəmsal ticarətdə elektron imzadan istifadəyə dair təqdimat keçirilib, sahibkarların sualları cavablandırılıb.

2017-ci ildə AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin artırılması, yerli sahibkarlarla Avropa İttifaqı ölkələrinin iş adamları arasında əlaqələrin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti