...

"Kapital Bank" ədliyyə işçilərinə endirimlə kredit təqdim edir

İqtisadiyyat Materials 14 Noyabr 2017 10:17
"Kapital Bank" 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.
"Kapital Bank" ədliyyə işçilərinə endirimlə kredit təqdim edir

Trend-i buradan izləyin

Bakı. Trend:

"Kapital Bank" 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində "Kapital Bank"dan məvacib alan ədliyyə işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilir. Aksiya 15 dekabr 2017-ci il tarixədək keçirilir.

Qeyd edək ki, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını "Kapital Bank"dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti