...

"Bank of Baku"nun müəllimlərə özəl kredit kampaniyası davam edir

İqtisadiyyat Materials 17 Noyabr 2017 15:30 (UTC +04:00)
Çoxsaylı müştəri müraciət və tələblərini nəzərə alan Bank of Baku, 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə özəl olaraq elan etdiyi kredit kampaniyasını davam etdirir.
"Bank of Baku"nun müəllimlərə özəl kredit kampaniyası davam edir

Bakı. Trend:

Çoxsaylı müştəri müraciət və tələblərini nəzərə alan Bank of Baku, 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə özəl olaraq elan etdiyi kredit kampaniyasını davam etdirir.

Bankdan Trend-ə verilən məlumata görə, vəzifəsindən asılı olmayaraq təhsil sahəsində fəaliyyət göstərən hər bir kəsin faydalana biləcəyi kredit kampaniyası çərçivəsində, müştərilər 10.000 AZN-dək nağd pul kreditini sığorta haqqı ödəmədən 36 ay müddətinə əldə edə bilərlər.

Güzəştli kredit kampaniyasının əsas üstünlüklərindən biri də, müştərilərə ilk ayın faizlərinin hədiyyə olunmasıdır.

Belə ki, kredit əldə edən müştəri ilk ayın faizindən azad olunaraq, sadəcə əsas borc üzrə tələb olunan məbləği ödəyəcək.

Təhsil işçilərinə özəl kampaniya üçün müraciət edən müştərilər, həmçinin aşağıdakı güzəştli şərtlərdən faydalana biləcəklər:

Sığorta haqqı – 0%
Əmək haqqı tələbi yoxdur;
Ödəniş müddəti: 12-36 ay;
Maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı;
Məbləğdən və gəlirdən asılı olaraq zaminsiz kreditləşmə;
Çevik rəsmiləşmə;
Rəsmiləşdirmə komissiyası – 1%.

31 dekabr tarixinə kimi davam edəcək kampaniyadan təhsil müəssisələrində çalışan və digər müəssisələrdə təhsil sahəsi üzrə fəaliyyət göstərən istənilən şəxs yararlana bilər.

Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq öyrənmək olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti