...

Ödənilən cərimələrdən kimlərə pay düşəcək?

İqtisadiyyat Materials 28 Noyabr 2017 12:13 (UTC +04:00)
Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi işçilərin sosial müdafiəsinə yönəldiləcək.
Ödənilən cərimələrdən kimlərə pay düşəcək?

Bakı. İlhamə İsabalayeva - Trend:

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinə yönəldiləcək.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

İclasda bildirilib ki, Torpaq Məcəlləsinə təklif edilən yeni dəyişikliyə görə, bu məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək.

Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti