...

Sahibkarlara onlayn "Vahid İxrac Ərizəsi" ilə bağlı təlim keçirilib (FOTO)

İqtisadiyyat Materials 2 Mart 2018 11:33 (UTC +04:00)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) sahibkarlara onlayn "Vahid İxrac Ərizəsi"nin doldurulması qaydalarının izah olunması üçün təlimlərə start verilib.
Sahibkarlara onlayn "Vahid İxrac Ərizəsi" ilə bağlı təlim keçirilib (FOTO)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) sahibkarlara onlayn "Vahid İxrac Ərizəsi"nin doldurulması qaydalarının izah olunması üçün təlimlərə start verilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, təlimdə İİTKM-in bir neçə departamentinin rəhbəri "Vahid İxrac Ərizəsi"nin faydaları, əhəmiyyəti və istifadə qaydaları haqqında sahibkarlara məlumat verib. Bildirilib ki, bu yeni xidmət dünyada ilk dəfə olaraq Azərbaycanda tətbiq olunur.

İİTKM-in Strateji Araşdırmalar və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn Azərbaycanın ixrac perspektivli hesab edilən məhsullarına dair analitik məlumatlar təqdim edib. "Azexport" portalının rəhbəri Zaur Qardaşov sahibkarlara dəstək istiqamətində aparılan iqtisadi islahatlar və ixraca mövcud dəstək mexanizmləri barədə danışıb. O əlavə edib ki, onlayn vahid ixrac ərizəsi sahibkarların ixrac üçün işini asanlaşdıracaq. Respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Həm də sistemin işə salınması ixrac prosedurlarının icrasında məmur-sahibkar təmasını minimuma endirəcək.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə isə ixracatçı sahibkarlara yaradılan şərait barədə məlumatlar verərək bildirib ki, Vahid İxrac Ərizəsi ilə sənədlərin icra müddəti də bir neçə dəfə azalacaq.

Daha sonra "Azexport" portalının meneceri Ayxan Qədəşov sahibkarlara onlayn vahid ixrac ərizəsinin doldurulması qaydalarını izah edib. Sahibkarların sualları cavablandırılıb.

Təlimdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri iştirak edib. Növbəti təlimlərə Azərbaycan Meyvə-Tərəvəz, Şərab, Fındıq, Tekstil, Çay istehsalçıları və ixracatçıları assosiasiyaları və Azərbaycan Arıçılar Assosiasiyası cəlb olunacaq.

Sahibkarlar vahid ixrac ərizəsi ilə tanış olmaq üçün https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər. Ərizənin doldurulması ilə bağlı qaydaların izah olunduğu videoçarx İİTKM-in rəsmi youtube ünvanında yerləşdirilib: https://www.youtube.com/watch?v=EWrRX7QvRZc

"Vahid İxrac Ərizəsi"nin qaydalarının izah edilməsi ilə bağlı təlimlər davam etdiriləcək.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti