...

«Azərsun Holdinq» Novruz bayramını silsilə tədbirlərlə qeyd edib (FOTO)

İqtisadiyyat Materials 19 Mart 2018 20:30 (UTC +04:00)
“Azərsun Holdinq” Novruz bayramı ərəfəsində də çox mühüm işlər görüb.
«Azərsun Holdinq» Novruz bayramını silsilə tədbirlərlə qeyd edib (FOTO)

Bakı. Trend:

Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman Azərbaycanın sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” Novruz bayramı ərəfəsində də çox mühüm işlər görüb.

Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, “Azərsun Holdinq” “Azərçay”, “Bizim Tarla”, “Azərduz” və “Azərşəkər” kimi hər kəs tərəfindən bəyənilən milli markalarla Dənizkənarı Milli Parkda təşkil olunmuş Novruz bayramı şənliyinə qatılaraq, öz məhsullarını tədbir iştirakçılarına nümayiş etdirib. Artıq dünyanın bir çox ölkəsində satışı həyata keçirilən və yerli məhsullardan hazırlanan milli markalarımız ziyarətçilər tərəfindən, həmişəki kimi böyük maraqla qarşılanıb. Bundan əlavə şirkət, minlərlə insana bayram sovqatı hədiyyə edərək hər kəsin Novruz bayramını yüksək səviyyədə qeyd etməsinə mühüm töhfə verib. Böyüklər üçün bayram öncəsi müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” azyaşlıları da unutmayıb. Şirkət İmişlidə, Biləsuvarda və Bakıda minlərlə uşağın iştirak etdiyi bayram şənlikləri təşkil edərək onlara hədiyyələr verib.

Hər bir ailədə bayram ab-havasının olması üçün çalışan və bu məqsədlə müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” bütün Azərbaycan xalqını Novruz Bayramı münasibət ilə təbrik edir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti