...

Azərbaycan şərab ixracını 5 dəfə artıracaq

İqtisadiyyat Materials 3 May 2018 17:27 (UTC +04:00)
Azərbaycan şərab ixracını 5 dəfə artırmağı nəzərdə tutur.
Azərbaycan şərab ixracını 5 dəfə artıracaq

Bakı. Trend:

Azərbaycan şərab ixracını 5 dəfə artırmağı nəzərdə tutur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2018-ci il 3 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələrin əldə olunacağı gözlənilir:

- Azərbaycanda şərabçılıq ənənələri bərpa olunacaq;
- şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracı 2025-ci ilədək 5 dəfə artırılacaq;
- şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldiləcək;
- şərabçılıq üzrə milli normativ texniki sənədlər (DÖST, AZS milli standartları) təkmilləşdiriləcək;
- şərab və şərabçılıq məhsullarının qablaşdırılması üçün köməkçi vasitələrin ölkədə istehsalı dəstəklənəcək;
- şərabçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin və marketoloqların bilik və bacarıqları yüksəldiləcək;
- şərab və şərabçılıq məhsulları üçün nəzərdə tutulan aksiz markaları digər alkoqollu içkilərin aksiz markalarından fərqlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti