...

2017-ci il dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub

İqtisadiyyat Materials 31 May 2018 12:59 (UTC +04:00)
2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub.
2017-ci il dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub

Bakı. Elçin Mehdiyev – Trend:

2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı çıxış edərkən deyib.

V.Gülməmmədov qeyd edib ki, büdcəyə əsasən, yeddi mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib: “Ötən il büdcə gəlirlərinin 46,8 faizi ilin birinci yarısında təmin olunub. Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151 faiz), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9 faiz) qeydə alınıb. Dividend ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir”.

Onun sözlərinə görə, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər ötən ilə nisbətən 2,7 faiz artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 62,8 faiz təşkil edib: “Neft-qaz sektorunun ümumi daxili məhsulda payı 2016-cı ilə nisbətən 3,4 faiz-bənd artaraq 37,2 faiz olub. 2017-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə icra 359,2 milyon manat təşkil edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti