...

Bu ilin 6 ayı ərzində 350 dövlət əmlakı özəlləşdirilib (FOTO)

İqtisadiyyat Materials 3 İyul 2018 13:58 (UTC +04:00)
Ümumilikdə 114 hərrac keçirilib, səhmdar cəmiyyətlərin səhm paketləri üzrə, kiçik dövlət müəssisələri, nəqliyyat vasitələri və digər təsnifatlar üzrə 350-ə yaxın dövlət əmlakı özəlləşdirilib.
Bu ilin 6 ayı ərzində 350 dövlət əmlakı özəlləşdirilib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 3-də növbəti hərrac keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, bu dəfəki hərracda 8 əmlaka 9 sifariş qəbul olunub. Bunlardan 4-ü elektron qaydada verilib. Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri ofis, xidmət və digər sahələrdə gəlirli obyekt kimi istifadə edilə bilər. Bakı şəhəri, Xətai rayonunda yerləşən ümümi faydalı sahəsi 250 kv.m olan qeyri-yaşayış sahəsi belə əmlaklardandır.

Bundan başqa paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi də ofis üçün əlverişlidir. Ümumi faydalı sahəsinin 60 kv.m-ə yaxın olması da bu fəaliyyətin reallaşmasına imkan verir. Qeyd edilməlidir ki, bu kateqoriya üzrə özəlləşəm əmlaklar paytaxtın Nizami, Yasamal, Xətai, Nəsimi rayonunda, digər obyekt isə Sumqayıt şəhərində yerləşir. Budəfəki hərracda özəlləşən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 10 kv.m ilə 250 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, cari il ərzində ümumilikdə 114 hərrac keçirilib, səhmdar cəmiyyətlərin səhm paketləri üzrə, kiçik dövlət müəssisələri, nəqliyyat vasitələri və digər təsnifatlar üzrə 350-ə yaxın dövlət əmlakı özəlləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti