...

Masallıda 24,7 kilometrlik yolun yenidən qurulması işləri yekunlaşır (FOTO/VİDEO)

İqtisadiyyat Materials 24 İyul 2018 14:21 (UTC +04:00)
Masallı rayonunda ümumi uzunluğu 24,7 kilometr olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Masallıda 24,7 kilometrlik yolun yenidən qurulması işləri yekunlaşır (FOTO/VİDEO)

Bakı. Trend:

Masallı rayonunda ümumi uzunluğu 24,7 kilometr olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Yolların eni 10 metrə qədər genişləndirilib, bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Tikinti layihəsinə uyğun olaraq, hazırda yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunur. Yol yatağı hazır olan hissələrdə isə lazımi qarışıqlardan istifadə etməklə 2 laydan ibarət yol əsasının inşası işləri aparılır, eləcə də yol əsası hazırlanmış ərazilər asfaltlanır. Tikinti norma və standartlarına uyğun olaraq yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənir. Bu işlər yolun 150 min kvadratmetr sahəsini əhatə edəcək.

Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.

Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Bütün işlərin isə yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 22 yaşayış məntəqəsində yaşayan 32 min əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşınmasını asanlaşdırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti