...

Maliyyə naziri: 2018-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı problem olmayacaq

İqtisadiyyat Materials 7 Sentyabr 2018 13:18 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi 2018-ci il dövlət büdcəsi proqnozlarının icrası ilə bağlı problem görmür
Maliyyə naziri: 2018-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı problem olmayacaq

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan Maliyyə Nazirliyi 2018-ci il dövlət büdcəsi proqnozlarının icrası ilə bağlı problem görmür.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, yanvar-avqust aylarında dövlət büdcəsinin xərcləri üzrə proqnoz 98 faizdən çox yerinə yetirilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 078,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz çoxdur. Xərclər 2017-ci ilin ilk yeddi ayı ilə müqayisədə 19,3 faiz artaraq 11 649,3 milyon manat təşkil edib. Hesabat dövründə dövlət büdcəsi 428,8 milyon manat profisitlə icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti