...

UNEC stendi mükafata layiq görüldü (FOTO)

İqtisadiyyat Materials 15 Oktyabr 2018 12:50 (UTC +04:00)
Bakı Ekspo Mərkəzində start götürmüş XII Azərbaycan beynəlxalq təhsil sərgisində UNEC stendi "The most attractive stand" ("Ən cəlbedici stend") mükafatına layiq görülüb.
UNEC stendi mükafata layiq görüldü (FOTO)

Bakı. Trend:

Bakı Ekspo Mərkəzində start götürmüş XII Azərbaycan beynəlxalq təhsil sərgisində UNEC stendi "The most attractive stand" ("Ən cəlbedici stend") mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, UNEC stendində ali təhsil ocağının təqdim etdiyi mübadilə proqramları, UNEC-də təhsil alaraq xarici ölkələrin nüfuzlu ali məktəblərinin diplomlarını almaq imkanları, əlavə təqaüd fürsətləri və digər faydalı məlumatlar əks olunub.

Ziyarətçilərə UNEC stendində Texnologiya və dizayn fakültəsinin tələbələrinin əl işlərini yerinə yetirmə prosesini izləmək imkanı yaradılıb. Burada tələbələr parçanın kompüterdə qrafik tərtibatı, nimçələrə ornamental naxışların verilməsi, akril boyalarla rəsm çəkilişi işlərini yerinə yetiririblər. UNEC stendində, həmçinin, dekorativ incəsənət nümunələri, malbert üzərində tələbələrin əl işləri, dekorativ naturmort, qrafik dekorativ boyakarlıq nümunələri xüsusi marağa səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti