DGK və AMEA arasında anlaşma memorandumu imzalanıb (FOTO)

DGK və AMEA arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən imzalanma mərasimində DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Komitə sədrinin müavinləri, AMEA Rəyasət Heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

İmzalanma mərasimindən öncə çıxış edən akademik A.Əlizadə iki qurum arasındakı əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsi işində yeni mərhələyə qədəm qoyulduğunu və imzalanacaq memorandumun Azərbaycanda elmin, gömrük işinin, fiskal siyasətin, ümumilikdə milli iqtisadiyatın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Bildirilib ki, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi elmin müxtəlif sahələrində yeni tədqiqat işlərinin aparılmasına, AMEA əməkdaşlarının Komitənin məlumat bazasından istifadə edərək yeni araşdırmalar və tətbiqlər ortaya qoymasına, eyni zamanda, gömrük orqanlarında elmi nailiyyətlərin daha geniş tətbiqinə, gömrükçülərin və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrinin bilik və bacarıqlarının artırılmasına münbit şərait yaradacaq.

S.Mehdiyev memorandumun iki qurum arasındakı əlaqələrin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını, AMEA-nın apardığı araşdırmaların, əldə etdiyi elmi nailiyyətlərin müxtəlif elm sahələrini özündə birləşdirən gömrük işinin effektivliyinin artırılmasına, gömrük əməkdaşlarının potensialının gücləndirilməsinə təkan verəcəyini bildirib.

Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində formalaşaraq mühüm dövlər təsisatlarından birinə çevrilən gömrük orqanları daim elmi nailiyyətlərin tətbiqinə geniş yer verir. Bunun nəticəsidir ki, Ümumdünya Gömrük Təşkilatının üç müxtəlif istiqaməti əhatə edən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, Regional Tədris Mərkəzi və Regional Kinoloji Mərkəzi Azərbaycanda yerləşir.

S.Mehdiyev ölkəmizdə və xaricdə fəaliyyət göstərən elm ocaqları ilə hər zaman səmərəli əlaqələr qurulduğunu diqqətə çatdırıb və AMEA ilə DGK arasında imzalanacaq memorandumdan sonra informasiya texnologiyaları, iqtisadiyyat və digər elm sahələrində, gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd edilən və gömrük orqanları tərəfindən saxlanılan tarixi və mədəni əşyaların tədqiq olunması, hər iki qurumun əməkdaşlarının elmi və təcrübi biliklərinin artırılması istiqamətində səmərəli fəaliyyətin təşkil ediləcəyinə əmin olduğunu bildirib.

Mərasimdə DGKA rəisi Qulu Novruzov “Gömrük xidməti: ictimai şəffaflıq, açıq tədqiqat resursları” adlı təqdimatla çıxış edib.

Daha sonra AMEA Rəyasət Heyətinin üzvləri İsa Həbibbəyli, Əhliman Əmiraslanov, Rasim Əliquliyev və İradə Hüseynova çıxış edərək qarşılıqlı əməkdaşlığın istiqamətləri və faydaları barədə rəy və təkliflərini bildiriblər. Çıxışlarda DGK-nin informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərdən məmnunluqla bəhs olunub.

Sonda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Memorandumu DGK sədri, gömrük xidməti general-leytenantı S.Mehdiyev və AMEA-nın prezidenti, akademik A.Əlizadə imzalayıblar.

Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Loading Bars
Xəbər lenti
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Narkotik becərən şəxs “iş başında” saxlanıldı (FOTO)
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib
Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrılıb (FOTO)
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozdu
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri
"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Mingəçevirdə birmərtəbəli evdə yanğın olub, xəsarət alan var
Qazaxıstanda daha 691 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
"Comex" birjasında qızılın qiyməti düşüb
İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb
Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb
Moskvada bir sıra aviareys ləğv edilib
"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib
ÜST dünyada koronavirusla bağlı son statistikanı açıqlayıb
“Hədəf” də gündəmin ən aktual mövzuları təhlil olunub (FOTO)
Paytaxtda 1 nəfər liftin şaxtasına yıxılaraq xəsarət alıb
Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb
PAŞA Bank əməkhaqqı kart sahibləri üçün “Rahat-Yol” kartlarına 20% endirim!
Beynəlxalq Gənclər Gününə həsr olunmuş konfransda Azərbaycan həqiqətləri Avropa Gənclərinin diqqətinə çatdırıldı (FOTO)
Sosioloq: Bayramlaşmaya aid bəzi davranış və rituallar gələcəkdə dəyişikliyə məruz qala bilər
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Türkiyədə koronavirusdan sağalanların sayı 226 min nəfəri ötüb
Dövlət Komitəsi sosial şəbəkədə tənqid olunan uşaq ədəbiyyatı ilə bağlı açıqlama yaydı
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi BMCMİ-də monitorinq keçirib
Dövlət katibi: Rumıniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqları bərpa etmək istəyir
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb (FOTO)
PAŞA Bank ailəsinə qoşulun!
Şəkidə sərt karantin rejimi ləğv edilsə də, mübarizə davam edir (FOTO)
Hazırda Bakının “Dakar” meydanında nəqliyyatın hərəkəti dayanıb - SƏBƏB (FOTO)
Binəqədidə karantin qaydalarını pozanlar cərimələnib (FOTO)
Hərbi hissədə ideoloji işə həsr edilən növbəti tədbir keçirilib (FOTO/VİDEO)
Aeroport şossesində qəza olub, yolda sıxlıq yaranıb
Abşeronda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimələnib (FOTO)
Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib
Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq
İnsanlığa dəyər verən millətlərin seçimi terrorçuluq ola bilməz!
Nazirlər Kabineti ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərarına dəyişiklik edib
AQTA maarifləndirir: Dadlı və faydalı quru meyvələri necə seçək?
Avropa Komissiyası koronavirusla mübarizə layihələrinə 128 milyon avro ayıracaq
AQTA daha 187 müəssisədə reyd keçirib
Vyana Texnologiyalar Universiteti Bakıda ilk Magistr proqramına müsabiqə elan edib
Müdafiə Nazirliyi: Xaricdə məskunlaşan bəzi üzdəniraq şəxslər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyası aparırlar
Vilayət Eyvazov Serbiyalı həmkarı ilə görüşüb
Dövlət Komitəsi köçkün ailəsini nəzarətə götürdü (FOTO)
Neftçalada reyd: 3 nəfər cərimələnib (FOTO)
PAŞA Bank MasterCard əməkhaqqı kart sahibləri üçün MEGOGO-dan 1 aylıq pulsuz abunəlik!
“Azəriqaz”: Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib (FOTO)
Avqustun 12-də dolların manata qarşı məzənnəsi
Telekommunikasiya ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində cərimələr müəyyənləşib
“Telekommunikasiya haqqında” Qanuna dəyişiklik edildi
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimələnib (FOTO)
Türkiyənin "Anadolu" agentliyi deputat Sevil Mikayılovanın Azərbaycan-Türkiyə münasibətləri barədə müsahibəsini dərc edib
Nəsimidə 12 kiloqramdan çox narkotik vasitə aşkarlanıb (FOTO)
Azərbaycanda 84 nəfər koronavirusa yoluxdu, 214 nəfər sağaldı
PAŞA Bank sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində sürətli krediti tam onlayn şəkildə verən ilk bank oldu
FHN Tovuzda düşmən təxribatları nəticəsində dəyən ziyanın aradan qaldırılması işlərinə başlayıb (FOTO)
Pandemiya zamanı biznesinizi xilas edin!
Şagirdlərin elektron yerdəyişməsi başlayır
Nigeriyada qəbilələr arasında münaqişə: 13 nəfər həlak olub
Deputat: Yoluxma sayındakı müsbət dinamikanın davam etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
Vüqar Rəhimzadə: Növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda gətirəcək
Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
BBAK: Bu il yarım milyondan çox sərnişin daşınıb
Quba və Neftçalada fərdi ev yanıb
Bakı Dövlət Peşə Mərkəzi “KKM Group” ilə əməkdaşlıq edəcək
Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq
Lənkəranda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi (FOTO)
Avqustun 14-dən banklarda bloklanmış əmanətlərin qaytarılmasına başlanılacaq
Bakıda çimərliyi çirkləndirənlər cərimələndi (FOTO)
Bakıda azyaşlı oğlunun bıçaqla boğazını kəsən şəxs barəsində cinayət işi açılıb
Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub
Gürcüstanda koronavirusa yoluxma halları artır
Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Masallıda yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - Sərəncam
Qubada toy yarımçıq dayandırıldı, bəy və restoran sahibi saxlanıldı (FOTO)
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarına ünvanlanan mühazirə təşkil edilib
Bütün xəbərlər