Bakı. Ləman Zeynalova - Trend:
Gələn həftə Cenevrədə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqlar aparılacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.
Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə iş gedir, danışıqlar davam etdirilir:
"Gələn həftə İsveçrənin Cenevrə şəhərində növbəti danışıqlar keçiriləcək. Həmçinin təşkilatın özündə islahatlar aparılacaq".