Bakı. Elçin Mehdiyev – Trend:
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 41,7 milyard manat olub.
Trend-in məlumatına görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artıb.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini real ifadədə 2,9 faiz üstələyərək 40,0 milyard manata bərabər olub, onun 48,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.