...

Mahmud Məmməd-Quliyev: Azərbaycan ÜTT ilə ikitərəfli danışıqlara keçib (ÖZƏL)

İqtisadiyyat Materials 12 Yanvar 2019 16:29 (UTC +04:00)
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) katibliyinin təklifi ilə Azərbaycan hazırda bu təşkilata daxil olmaqla bağlı ikitərəfli əsasda danışıqlar aparır
Mahmud Məmməd-Quliyev: Azərbaycan ÜTT ilə ikitərəfli danışıqlara keçib (ÖZƏL)

Bakı. Sara İsrafilbəyova - Trend:

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) katibliyinin təklifi ilə Azərbaycan hazırda bu təşkilata daxil olmaqla bağlı ikitərəfli əsasda danışıqlar aparır.

Bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

M.Məmməd-Quliyevin sözlərinə görə, bu günədək Azərbaycan nümayəndə heyətinin ÜTT işçi qrupu ilə görüşləri həm üzv ölkələrlə ikitərəfli danışıqlarla, həm də kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlarla müşayiət olunub: "2018-ci ilin dekabrında keçirilmiş görüş zamanı isə Yaponiya, Braziliya, Norveç və digər ölkələrlə yalnız ikitərəfli danışıqlar aparıb. Danışıqlar ilk növbədə mal və xidmət bazarlarına qarşılıqlı girişin təmin olunmasına məsələsinə həsr olunub".

O bildirib ki, danışıqların növbəti mərhələsinin keçirilmə vaxtı yeni təkliflərin hazırlanması müddətindən asılıdır.

Eyni zamanda o, bu il hər hansı bir ölkə ilə danışıqların keçiriləcəyini də istisna etməyib.

Xatırladaq ki, Azərbaycan ÜTT üzv ölkələri ilə danışıqlara 2004-cü ildə başlayıb. Hazırda 13 ölkə ilə danışıqlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti