Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib (FOTO)

Bakı. Trend:

Gömrük orqanlarının yaradılmasının 27-ci ildönümü və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təntənəli mərasim və Dövlət Gömrük Komitəsinin (DGK) 2018-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.

DGK-dən Trend-ə verilən məlumata görə, komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.

Mərasimdə çıxış edən S.Mehdiyev bildirib ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gömrük orqanları Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyasına uyğun olaraq inkişaf edib və ölkəmizin mühüm dövlət təsisatlarından birinə çevrilməklə yanaşı, dünya gömrük ailəsində yüksək etibar və etimad qazanıb. Son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarının da bir sıra yeniliklər tətbiq etdiyini diqqətə çatdıran S.Mehdiyev qeyd edib ki, fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarəti, ticarətin asanlaşdırılması və ən əsası, şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub.

Komitə sədri vurğulayıb ki, gömrük sistemində aparılan struktur və kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə, kadrların peşə hazırlığının artırılmasına, bir sözlə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaradıb. Prezident İlham Əliyevin tarixi İpək Yolu üzərində strateji mövqe tutan ölkəmizin tranzit potensialının gücləndirilməsi, ixrac potensialının artırılması istiqamətində atdığı addımlar gömrük orqanlarının da qarşısında yeni hədəflər müəyyənləşdirib. Artıq ən müasir idarəetmə strukturuna malik Azərbaycan gömrüyü fəaliyyətini nəzarətdən - xidmətə doğru dəyişdirərək beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılması, ən müasir gömrük nəzarət üsul və vasitələrinin tətbiqi istiqamətində mühüm addımlar atır.

Qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması məqsədilə fevralın 1-də tətbiqinə başlanacaq “Yaşıl dəhliz” buraxılış sisteminin ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, şəffaflığın təmin olunması və könüllü riayət prinsipinin formalaşmasında vacib rol oynayacağını bildirən S.Mehdiyev gömrük orqanlarının bu layihənin icrasını uğurla reallaşdıracağına əminliyini ifadə edib.

Daha sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2018-ci ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr" barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseyov çıxış edib.

İsmayıl Hüseynov bildirib ki, hesabat dövründə ilk növbədə çevik idarəetmə sistemi yaradılmaqla Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrin vaxtında və operativ sürətdə yerinə yetirilməsinə daha əlverişli şəraitin yaradılması, Komitənin struktur bölmələrinin fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyin təkmilləşdirilməsi, eyni və oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsi və nəticədə, gömrük xidmətinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdirilərək paralel və bir-birini təkrarlayan struktur bölmələrinin əvəzinə yeni struktur bölmələri, o cümlədən ərazi və ixtisaslaşdırılmış gömrük idarələri yaradılıb.

Komitə sədrinin birinci müavini qeyd edib ki, 2018-ci ildə dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə büdcəyə 3 milyard 434 milyon manat gömrük ödənişlərinin köçürülməsini təmin edib, ilin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz artıq gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. 2018-ci ilin iyun ayında illik büdcə proqnozunun dürüstləşməsi zamanı Dövlət Gömrük Komitəsi üçün əlavə olaraq 760 mln. manat büdcə öhdəliyinin müəyyənləşdirilməsini nəzərə alsaq, bütövlükdə 3 mlrd. 190 mln. manat proqnoza qarşı faktiki olaraq 244 mln. manat və ya 107,6 faiz artıq gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli, DGK Əməliyyat İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Bəhruz Quliyev, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədov çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.

Bundan başqa, iclasın gündəliyindəki “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Ticarətin Asanlaşdırılması üzrə Konsepsiyası”, “Azərbaycan Respublikasında tranzit əməliyyatlarının gömrük tənzimlənməsinin inkişafı Konsepsiyası”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il üçün İş Planı”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi haqqında Əsasnamə” müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Sonra “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Sərəncamı dinlənilib, Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatları verilib, eləcə də Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərmanlar və xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrlərinin imzalandığı diqqətə çatdırılıb.

Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Loading Bars
Xəbər lenti
TAP-la nəql olunan qazın həcmi açıqlanıb
Xırdalanda vaqon yanır
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisinə başlanılıb (FOTO)
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)
TAP-ın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb
Bakıdan Qəbələyə ilk qatar yola düşüb (FOTO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
ABŞ Prezidentinin müşaviri Prezident İlham Əliyevə zəng edib
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
Binəqədidə bir neçə mağaza yanıb
Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Kanada bu həftə 4,5 milyon doza koronavirus peyvəndi alacaq
Qazaxıstanda koronavirusa daha 1 837 nəfər yoluxub
Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"
Misir İsraili Qəzzada tibb müəssisələrinə zərbələr endirməkdən çəkinməyə çağırır
Bu gündən Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır
Finlandiya Rusiya neftinin alışını tədricən azaldır
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub
Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək
Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək
Kolumbiyada qarşıdurmalar davam edir, yenə ölən və çoxlu sayda yaralı var
Ekvadorda avtobus qəzasında 9 nəfər öldü
Türkiyədə son sutkada koronavirusdan 13 864 nəfər sağalıb
Rusiyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var
Hikmət Hacıyev Brüsseldə Aİ komissarı ilə görüşüb
Daşkəsəndə Yol Polisi nəzarət-profilaktik tədbirləri davam etdirir (FOTO)
Dünyada ötən sutka koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşıb
Gürcüstandakı insident barışıqla başa çatdı
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Xaçmaz rayonunda Zəfər parkı inşa edilir (FOTO)
Ermənistan “bir tük də qənimətdir” prinsipi ilə yenə KTMT-dən mədət umur
Dələduz iş başında yaxalanıb
Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb
Azərbaycan neft ixracını azaldıb
Dünyada ən çox satılan avtomobillər hansılardır?
Bakı Baş Gömrük İdarəsində əməliyyat: Vəzifəli şəxslər rüşvət alarkən saxlanıldı
Hikmət Hacıyev Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb (FOTO)
Qubada qardaşlar çaya düşüb, biri ölüb
“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı
Teledərslərin mayın 18-nə olan cədvəli
Ölkəmizin uğurlarına qısqanclıqla yanaşanlar dost ölkələrlə münasibətlərimizi pozmağa cəhd göstərirlər - Deputat
Bakıda küçə və prospektlərdə sıxlıq var - BNA (FOTO)
Tovuzda 10 yaşlı qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsi başladı
Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib - Arzu Nağıyev
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
Bütün xəbərlər