...

Alkoqolsuz şərab xərçəng xəstəliyi riskini azaldır – Azərbaycanda da istehsal olunur

İqtisadiyyat Materials 4 Aprel 2019 09:20 (UTC +04:00)
Alkoqolsuz şərab xərçəng xəstəliyinin yaranma riskini azaldır, artıq çəkidən azad edir.
Alkoqolsuz şərab xərçəng xəstəliyi riskini azaldır – Azərbaycanda da istehsal olunur

Bakı. Ləman Zeynalova - Trend:

Alkoqolsuz şərab xərçəng xəstəliyinin yaranma riskini azaldır, artıq çəkidən azad edir.

Bunu Trend-ə və “Azernews”a müsahibəsində “Az-Granata” MMC-nin direktor müavini Vüqar Mikayılov deyib.

V.Mikayılov qeyd edib ki, Azərbaycanda ilk dəfə məhz “Az-Granata” tərəfindən üç çeşiddə sıfır faizli şərabın, yəni alkoqolsuz şərabın istehsalına nail olunub:

"Bu, çoxlarına inandırıcı gəlmirdi, lakin biz bunu bacardıq. Belə ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır. Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavanoillər və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır".

O, alkoqolsuz şərabın insan orqanizmi üçün daha bir əhəmiyyətinə də toxunub: "Bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti