...

Nazir: "Diqlas"da yanğından zərərçəkmişlər icarə haqqı ödəməyəcək (YENİLƏNİB)

İqtisadiyyat Materials 29 Mart 2019 12:48 (UTC +04:00)
Martın 26-sı Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkən sahibkarlardan ilk dörd-beş ay ərzində icarə haqqı alınmayacaq
Nazir: "Diqlas"da yanğından zərərçəkmişlər icarə haqqı ödəməyəcək (YENİLƏNİB)

Bakı. Trend:

Martın 26-sı Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkən sahibkarlardan ilk dörd-beş ay ərzində icarə haqqı alınmayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, gələcəkdə bu obyektlər güzəştli əsaslarla təqdim olunacaq.

Ş.Mustafayevin sözlərinə görə, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi gələn həftədən verilməyə başlanacaq:

“Azərbaycan Prezidentinin Ehtiyat Fondundan bu məqsədlər üçün İqtisadiyyat Nazirliyinə vəsait ayrılıb”.

Nazir əlavə edib ki, ticarət mərkəzi iki binadan ibarət olduğu üçün zərər çəkənlərin dəqiq sayı məlum deyil:

“İlkin məlumatlara əsasən, “Diqlas 1”də 60 mağaza, “Diqlas 2”də 111 mağaza olub”.

Onun sözlərinə görə, ötən gün yaradılmış İşçi Qrupunun əsas vəzifələrindən biri də bu rəqəmləri tam dəqiqləşdirməkdir.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti