...

AQTA sədri Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 7 May 2019 18:27 (UTC +04:00)
Qoşqar Təhməzli Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu ilə görüşüb.
AQTA sədri Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu ilə görüşüb.

Qurumdan Trend-ə verilən məlumata görə, görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə Türk Standartları İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Agentliyin sədri Q.Təhməzli Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğluna ölkədə yeni qida təhlükəsizliyi mexanizminin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu bildirib ki, Türk Standartları İnstitutu məhsullara standartların müəyyən edilməsi məqsədi ilə Türkiyə Respublikasının müvafiq qanununa uyğun yaradılıb. Qurum Türkiyə qanunları çərçivəsində TSE (Türk Standartları Enstitüsü) adı ilə fəalliyyət göstərir. İnstitut standartların hazırlanması, müvafiq standartlara uyğun məhsullara və şirkətlərə sertifikatların verilməsini həyata keçirməklə yanaşı standartlaşdırma sahəsində yüksək peşəkarlığa malik kadrların hazırlanması məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanan təlimlər təşkil edir.

Görüş çərçivəsində tərəflər sertifikatlaşdırma, kadr potensialının yaxşılaşdırılması kimi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti