...

Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir - Baş nazirin müavini (YENİLƏNİB)

İqtisadiyyat Materials 15 May 2019 13:35 (UTC +04:00)
Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir
Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir - Baş nazirin müavini (YENİLƏNİB)

Bakı. Ayşəm Rüstəmova - Trend:

Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib: "Ölkədə müxalifətin iddia etdiyi dərəcədə inflyasiya mövcud deyil. Yay mövsümünün başlaması ilə əlaqədar ərzaq məhsullarının qiymətlərinin daha da aşağı düşməsi müşahidə edilir və qiymət azalması bundan sonra davam edəcək. Ölkədə idxalın artması isə insanların alıcılıq qabiliyyətinin artması deməkdir".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda son zamanlar ixrac əhəmiyyətli dərəcədə artıb: "Azərbaycanda ixrac idxaldan əhəmiyyətli dərəcədə yüksəkdir, saldo müsbətdir. Bunu müsbət tendensiya hesab edirəm. İdxal ona görə artıb ki, son vaxtlar Azərbaycanda maaşlar, pensiyalar, müavinətlər artıb. Biznesdə də buna həssaslıq göstərərək idxal olunan malları artırıblar".

Ə.Əhmədov əlavə edib ki, Azərbaycanda özəl sektorun inkişafı daha çox insanın işlə təmin olunması deməkdir:

"Özəl sahənin inkişafı iqtisadiyyatın inkişafı deməkdir. Bu sahə ekologiyanın qorunmasına, mədəniyyətin və idmanın inkişafına öz töhfəsini verə bilər. Dünyanın hər yerində böyük şirkətlər elm, mədəniyyət, təhsilə böyük vəsaitlər ayırır. Hər şeyi dövlətin üzərinə qoymaq düzgün deyil. Sahibkarlar, iş adamları cəmiyyəti maraqlandıran problemlərin, qarşıda duran vəzifələrin həll olunmasında yaxından iştirak etməlidirlər. Onlar cəmiyyətə, ehtiyacı olan insanlara, elm və təhsilə öz töhfələrini verməlidirlər. Hesab edirəm ki, bizim özəl sahə bütün bunları diqqətdən kənarda qoymamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti