Sahil Babayev "CEO Lunch Baku"nun fəxri qonağı olub (FOTO)

Sahil Babayev "CEO Lunch Baku"nun fəxri qonağı olub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Caspian European Club tərəfindən təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

“Hyatt Regency Baku” otelində keçirilən, 50-yə yaxın şirkətin 85 nümayəndəsinin iştirak etdiyi tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək münasibətləri, layiqli əməyin təminatı, məşğulluq sahələrində biznes strukturları ilə əməkdaşlığının fəallaşması ilə əlaqədar Caspian European Club-un üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunub.

Caspian European Club-ın sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində mühüm islahatların aparıldığını və bu islahatların Caspian European Club tərəfindən maraqla izlənildiyini deyib. O, CEO Lunch Baku-da fəxri qonağı - nazir Sahil Babayevi görüş iştirakçılarına təqdim edərək, bu görüşdə iştirakına görə nazirə təşəkkürünü ifadə edib.

Sonra “AsProf Group” şirkətlər qrupunun, “Mirzayev’s Partners” hüquq şirkətinin və Qala Siğorta şirkətinin təqdimatı olub.

Görüşdə çıxış edən S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkədə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, ölkədə aparılan siyasətin ana xəttini vətəndaş amili təşkil etdiyini, bunun bariz nümunəsi olaraq milli iqtisadiyyatın sosialyönümlü olduğunu, iqtisadi islahatlardan əldə olunan gəlirlərin vətəndaş rifahının təminatına istiqamətləndiyini vurğulayıb. Nazir cari ildə dövlət başçısının iki sosial paketinin nəticəsi olaraq, əhalinin rifahı naminə inqilabi addımlar atıldığını deyib. Minimum əmək haqqı məbləğinin iki dəfəyə yaxın artırılaraq 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 200 manata çatdırıldığını, müavinət və təqaüdlərin 100 faizədək, həmçinin dövlət sektoru üzrə əmək haqlarının əhəmiyyətli dərəcədə artırıldığını qeyd edib. Bildirib ki, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahiblənir. Cari ildəki iki mühüm sosial islahat paketi 4,2 milyon vətəndaşı əhatə etməklə, nəticə etibarilə ölkədə hər bir ailənin rifahına ciddi dəstəyi təmin etmiş olur. Həmin inqliabi addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq.

Nazir vurğulayıb ki, minimum əmək haqqı artımı özəl sektora, bu sektorda işçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsinə, əmək bazarına müsbət təsirini göstərir, həmçinin əməyin leqallaşdırılması sahəsində önəmli rolunu oynayır. Minimum əmək haqqının artımı, eyni zamanda, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi cari ilin 6 ayında bu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayının 7,3 faiz və ya 101,66 min müqavilə artmasına imkan verib.

S.Babayev əmək, məşğulluq, sosial təminat sahələrində aparılan islahatları, bu sahələrdə e-texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron pensiya təyinatına başlanılması, əhaliyə proaktiv xidmətlərin göstərilməsi istiqamətində görülən işləri qeyd edib. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi, cari ilin may ayında açılışı olan DOST Agentliyi və artıq 15 mindən çox şəxsin “bir pəncərə” prinsipi ilə şəffaf xidmətlərindən faydalandığı 1 saylı DOST mərkəzi barədə məlumat verib. Nazir “e-sosial” internet portalından, Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindəki altsistemlərdən, o cümlədən, işəgötürənlər üçün də mühüm önəm kəsb edən “Məşğulluq” alt-sistemindən bəhs edib. Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanı ilə nazirliyin tabeliyində yaradılmasına başlanan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mütərəqqi dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşmasına imkan verəcəyini diqqətə çatdırıb. Özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində görülən işləri, sosial tərəfdaşlardan ibarət Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətini, sosial dialoqun gücləndirilməsi yönündə aparılan işləri, işsiz şəxslərin əməkhaqlarının subsidiyalaşdırılması proqramını qeyd edib.

Ölkəmizdə aparılan sosial islahatlara beynəlxalq səviyyədə də yüksək dəyər verildiyini vurğulayan S.Babayev bildirib ki, Azərbaycanın sosial yardım və əlilliyin qiymətləndirilməsi üzrə e-sistemləri, ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər, icra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatları, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi isə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatı ilə təltif edilib.

Nazir müvafiq fəaliyyət sahələrində aparılan islahatlarda, xüsusən qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinin tətbiqi, işçi hüquqlarının təminatı sahələrində görülən işlərdə sahibkarlarla, biznes strukturları ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulaylıb.

S.Babayev Caspian European Club-un üzv şirkətlərinin suallarını da cavablandırıb. Görüşdə qeyri-rəsmi şəraitdə biznes nümayəndələrini maraqlandıran müxtəlif mövzular müzakirə olunub.

Görüşdə S.Babayevə Fəxri Klub üzvlüyü sertifikatı təqdim edilib. Həmçinin Caspian European Club-a yeni üzv olan şirkətlərə və üzvlüyünü davam etdirən şirkətlərə Klub üzvlüyü sertifikatları təqdim edilib.

SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır
Azərbaycan Prezidenti: Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib
Prezident İlham Əliyev: Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxış edib
Binəqədidə koronavirus xəstəsinə cinayət işi açılıb
Vyetnamdakı azərbaycanlılar COVİD-19 səbəbindən təxliyə edilib
Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir (FOTO)
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi (FOTO)
Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
2-ci Qarabağ müharibəsində qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir - Deputat
Bakıda ev yanıb
Məcburi köçkünlər geri qayıtdıqdan sonra torpaq bölgüsü necə aparıla bilər? - Komitə sədri açıqladı
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Yardımlıda mağaza yanıb
Ərəbistan koalisiyası husilərə məxsus minalanmış PUA-nı məhv ediblər
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək
Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb
İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
Bakıda sex yanıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində "Makkabi" ilə heç-heçə edib
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
Türk Şurası Azərbaycana başsağlığı verib
"OPEK plyus" ölkələri yanvar ayından etibarən neft hasilatını artırmağa razılaşıb
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır - Hikmət Babaoğlu
Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər
Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)
Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam - Şəhidlə olmayan müsahibə (FOTO)
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
Azərbaycan Prezidenti: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur
Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova
Əfqan Sadıqovun vəziyyəti Ombudsmanın diqqət mərkəzindədir
Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub
Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir
Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib
"Bakı metropoliteni" tender elan edib
Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edib (FOTO/VİDEO)
Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunub
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib (FOTO)
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov
Tovuz və Gədəbəyin kəndlərində içməli su layihələri icra edilir (FOTO)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib (FOTO)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb
Pərviz Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir - Deputat
Bakıda evi tərk edən COVİD-19 daşıyıcıları saxlanılıb (VİDEO)
Yaşayış yerini tərk edın COVİD-19 daşıyıcısana cinayət işi açıldı (VİDEO)
Bakının şimal girişi yenilənir - RƏSMİ (FOTO)
FAO ilə AQTA arasında növbəti işgüzar görüş keçirilib (FOTO)
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
FHN Bakıda yaşayış binasında yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarladı (VİDEO)
UNEC brendi Gürcüstanda da tanındı
Biz münaqişədən sonrakı yenidənqurma və bərpa mərhələsinə qədəm qoyuruq - Ceyhun Bayramov (FOTO)
"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM
Sabah saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM
Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan
Süni intellekt texnologiyaları ilə bağlı xüsusi qanunlar qəbul edilməlidir - AMEA-nın vitse-prezidenti
Xətaidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb
Azərbaycanda ilk yüksək texnologiyalı protezlər hazırlanıb (FOTO)
İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib
Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN
Bakıda 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub (FOTO)
Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək - Müdafiə Nazirliyi
Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ
Bütün xəbərlər