...

Mərkəzi yollarda işıqların gündüzlər söndürülməməsinə "Azərişıq"dan cavab

İqtisadiyyat Materials 21 Avqust 2019 19:06 (UTC +04:00)
Küçə işıqlandırılması İdarəsinin elektrik enerjisinə olan tələbatı tam ödənilir.
Mərkəzi yollarda işıqların gündüzlər söndürülməməsinə "Azərişıq"dan cavab

Bakı. Samir Əli - Trend:

Son zamanlar gecə vaxtı bəzi küçələrin işıqlandırılması və mərkəzi yolları işıqlandıran dayaqlarda lampaların gündüzlər söndürülməməsi ilə bağlı məsələyə "Azərişıq" ASC münasibət bildirib.

"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, qurumun əsas missiyası Istehlakçıları dayanıqlı, keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təchiz etməkdir.

Küçələrin işıqlandırılması Səhmdar Cəmiyyətin səlahiyyətində deyil:

"Küçə işıqlandırılması İdarəsinin elektrik enerjisinə olan tələbatı tam ödənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti