...

Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək - NECƏ?

İqtisadiyyat Materials 26 Sentyabr 2019 12:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) özünün mobil əlavəsini (aplikasiya) istifafəyə verməyə hazırlaşır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, mobil əlavə sərnişinlərə avtobusların hərəkətini izləməyə imkan verəcək:

"Yeni yaradılacaq mobil əlavədə bir bölmə də "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NMM) üçün nəzərdə tutulub. Hansı ki, sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti