...

Hesab.az-da ödənişlər hədiyyə qazandırır!

İqtisadiyyat Materials 9 Dekabr 2019 13:53 (UTC +04:00)
Hesab.az hər mövsümdə olduğu kimi, qış mövsümündə də istifadəçiləri çeşidli hədiyyələrlə sevindirəcək.
Hesab.az-da ödənişlər hədiyyə qazandırır!

Bakı. Trend:

Hesab.az hər mövsümdə olduğu kimi, qış mövsümündə də istifadəçiləri çeşidli hədiyyələrlə sevindirəcək.

Kampaniya 9-11 Dekabr tarixlərində Hesab.az veb səhifəsi və mobil tətbiqində ödəniş edən qeydiyyatlı istifadəçiləri əhatə edir. Belə ki, həm Hesab.az mobil tətbiqində, həm də veb səhifəsində qeydiyyatlı şəkildə bir dəfə iştirak edərək, kommunal + mobil + internet + kabel TV + stasionar telefon və ya hər hansı birinə toplam 150-200 AZN ödəniş etdikdə “Yaddaş kartı”, 200 AZN-dən yuxarı ödəniş etdikdə “Powerbank” qazanmış olacaqlar.

Kamaniya haqqında ətraflı: https://hesab.az/#/dec911

Kampaniyada iştirak edən istifadəçilər kampaniya bitdikdən sonra E-mail və ya SMS şəklində Hesab.az tərəfindən məlumatlandırılacaq. Qazanmaq üçün ödəniş etməyə tələsin.Yenilik və kamaniyalardan ilk xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında (Facebook, İnstagram) izləməyi unutmayın.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti