Bakı. İlhamə İsabalayeva - Trend:
Qafqaz Şərab Günü təsis olunacaq.
Trend-in məlumatına görə, bunu “Iter Vitis” Mədəni Marşrutu üzrə nümayəndəsi Emanuel Panke Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradılması ilə bağlı təşkil olunan tədbirdə deyib.
E.Panke bildirib ki, artıq bu barədə razılıq əldə olunub və noyabrda ilk dəfə olaraq Qafqaz Şərab Günü keçiriləcək.