...

Xaçmazda KOB Evi sahibkarlara innovativ xidmətlər göstərəcək

İqtisadiyyat Materials 7 Fevral 2020 15:17 (UTC +04:00)
KOB Evi operativlik, nəzakət və çeviklik prinsiplərinə uyğun olaraq müasir innovasiyalara əsaslanan dövlət-biznes (G2B) və biznes-biznes xidmətlərinin təqdim olunmasının vahid məkanına çevrilib
Xaçmazda KOB Evi sahibkarlara innovativ xidmətlər göstərəcək

Xaçmaz. Eldar Canaşvili - Trend:

KOB Evi operativlik, nəzakət və çeviklik prinsiplərinə uyğun olaraq müasir innovasiyalara əsaslanan dövlət-biznes (G2B) və biznes-biznes xidmətlərinin təqdim olunmasının vahid məkanına çevrilib.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Xaçmazda KOB Evinin açılış mərasimində deyib.

O bildirib ki, KOB Evində sahibkarlar üçün startap layihələrin biznes və marketinq planlarının hazırlanması, biznes sahəsində maarifləndirmə, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, resurslara, logistika və infrastruktur şəbəkələrinə çıxışın asanlaşdırılması, mühasibat uçotunun aparılması, idxal-ixracın rəsmiləşdirilməsi üzrə xidmətlər göstəriləcək, eləcə də ixracın təşviqi və digər istiqamətlər üzrə tədbirlər həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti