...

Azərbaycanda mobil operatorların gəliri açıqlanıb

İqtisadiyyat Materials 18 Fevral 2020 16:08 (UTC +04:00)
2020-ci ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 187,3 milyon manatlıq xidmət göstərib.
Azərbaycanda mobil operatorların gəliri açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 187,3 milyon manatlıq xidmət göstərib.

Trend-in məlumatına görə, göstərilən xidmətin 71,7 faizi əhali tərəfindən istehlak olunub.

2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 24,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 77,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,3 faizi və ya 77,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti