...

2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır

İqtisadiyyat Materials 28 Fevral 2020 17:39 (UTC +04:00)
2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır
2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır

Bakı. Trend:

2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının altıncı iclası zamanı deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin sonuncu, dördüncü komponentinin 92 faizi başa çatıb:

“Bu ilin sonunadək Trans-Adriatik qaz kəməri layihəsinin başa çatması planlaşdırılır”.

O, Cənub Qaz Dəhlizi üzrə tərəfdaş ölkələrin yüksək səviyyəli hökumət rəsmilərinə, dəhlizin ikinci fazasında layihəyə qoşulmaq niyyətində olan Balkan ölkələrinin - Monteneqro və Xorvatiyanın təmsilçilərinə, Məşvərət Şurasının toplantılarında iştirakları ilə layihəyə maraqlarını və böyük əhəmiyyət verdiklərini nümayiş etdirən Türkmənistan, Serbiya, Rumıniya və Macarıstan hökumətləri nümayəndələrinə təşəkkürünü bildirib.

Nazir 2011-ci ildən indiyədək Cənub Qaz Dəhlizi ideyasının bütün inkişaf mərhələlərində Azərbaycanla yaxından əməkdaşlıq edən, layihəyə hər cür zəruri dəstəyini verən və Məşvərət Şurasına həmsədrlik missiyasını daşıyan Avropa Komissiyasının rolunu xüsusi qeyd edib: “ABŞ və Birləşmiş Krallıq hökumətləri yalnız Cənub Qaz Dəhlizi deyil, 25 ildən artıq müddətdə Azərbaycanın təşəbbüskarı olduğu enerji təhlükəsizliyi ilə bağlı bütün layihələrə güclü və davamlı dəstək nümayiş etdirib. Enerji ilə möhkəmlənən yaxın tərəfdaşlığımız məqsədlərimizə çatmağa kömək edir. Əlbəttə layihə üzrə bugünkü uğurlarımız “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının səmərəli fəaliyyəti, güclü əzmi olmadan mümkün olmazdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti