...

"KOB könüllüləri" bu dəfə çay yığımında iştirak ediblər (FOTO)

İqtisadiyyat Materials 29 İyun 2020 13:03 (UTC +04:00)
"KOB könüllüləri" bu dəfə çay yığımında iştirak ediblər (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Lənkəran “KOB Dostu” ofisinin və Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri İstisu qəsəbəsində çay yığımı prosesi ilə tanış olublar.

KOBİA-dan Trend-ə verilən məlumata görə, agentliyin dəstək və xidmətlərindən yararlanmış “Yaşıl Çay” Fermer Təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülər həmçinin çay yığımında iştirak etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, çayçılığın inkişafına ictimai dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən “Yaşıl Çay” Fermer Təsərüfatı KOBİA-nın satış üzrə əlaqələndirmə, ekoturizm, yerli tərəfdaşların tapılması və sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətlərindən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti