...

Özünüməşğulluq proqramının 200-dən çox iştirakçısına kiçik bizneslərini qurmaq üçün aktivlər verilib

İqtisadiyyat Materials 11 İyul 2020 13:58 (UTC +04:00)
Özünüməşğulluq proqramının 200-dən çox iştirakçısına kiçik bizneslərini qurmaq üçün aktivlər verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən özünüməşğulluq proqramına dəstəyin göstərilməsi davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq 200-dən çox proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər təqdim edilib.

Bu proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub.

Ümumilikdə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti