...

Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılacaq

İqtisadiyyat Materials 23 İyul 2020 17:04 (UTC +04:00)
Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı. Trend:

Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Agentlik yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti