...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

İqtisadiyyat Materials 3 Oktyabr 2020 18:05 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Nazirliyin rəhbərliyi və aparatı, eləcə də tabelikdə olan qurumların (DOST, Məşğulluq, Sosial Xidmətlər, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri, DSMF, Əmək Müfəttişliyi Xidməti və b.) rəhbərliyi və əməkdaşları könüllü olaraq aylıq vəzifə maaşlarından ordumuza maliyyə dəstəyi ianə edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi olaraq cəsur və yenilməz ordumuzun Vətən müharibəsində böyük qələbəsinə əminik! Zəfər bizim olacaq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti