Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 37,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 37,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 36,21 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.