...

Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib

İqtisadiyyat Materials 23 Noyabr 2020 15:10 (UTC +04:00)
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, Məcəllənin əmlakın siyahıya alınması ilə bağlı 89-cu maddəsinin 13-cü bəndinə əlavə edilib.

Bu əlavə markalanmış əmlaklarla yanaşı, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış əmlakların da siyahıya alınması qaydasını müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti