...

Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb

İqtisadiyyat Materials 30 Noyabr 2020 12:48 (UTC +04:00)
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb

Bakı. Samir Əli - Trend:

2020 ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə kənd təsərrüfatına ayrılan kredit və güzəştlərdən 5623 fermer və sahibkar faydalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ildə AKİA kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manatdan artıq kredit ayırıb. Bu vəsaitin 32 milyon manatdan çoxu mikrokredit və digər təyinatlı kreditlər, 33.4 milyon manatı isə kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün ayrılan kreditlərdir.

Ayrılan kredit vəsaitinin 20.6 milyon manatı mikrokreditlərin payına düşüb. Mikrokreditlərdən 2200 nəfərdən artıq fermer faydalanıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.

Hesabat dövründə fermerlərin texnika və damazlıq heyvan almasına AKİA tərəfindən 75.7 milyon manatdan artıq subsidiya verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti