...

Ermənilərin qızıl emalı Qarabağ meşələrində qrunt sularının səviyyəsinə təsir edib - Ekspert

İqtisadiyyat Materials 24 Dekabr 2020 10:48 (UTC +04:00)
Ermənilərin qızıl emalı Qarabağ meşələrində qrunt sularının səviyyəsinə təsir edib - Ekspert

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənilərin işğal altında saxladıqları ərazilərimizdə qızıl emalı ilə məşğul olması meşələrdə qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olub.

Bunu Trend-ə “Ekostil-Azərbaycan” Təbiəti Müahfizə ictimai birliyi sədri Elman Yusifov deyib.

Azərbaycan meşələrinin 1 milyon hektar olduğunu, onun çox hissəsinin bioloji rəngarəngliyi ilə xüsusi seçilən Kiçik Qafqaz dağlarında yerləşdiyini deyən mütəxəssis bildirib ki, qızıl emalı özü çoxlu su tələb edir:

“Demək ermənilər bütün suları oraya yönəldiblər. Bu da ərazilərdə qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olub. Bu amil sonda meşələrin qurumasına səbəb olur”.

E.Yusifov qeyd edib ki, ermənilər Azərbaycan meşələrini qırmaqla, həm də bütün iqlim şəraitini dəyişiblər. İqlim şəraitinin dəyişməsi qrunt sularının aşağı düşməsi, torpağın rütubətinin azalması, nəticədə səhralaşmaya, torpaqların erroziyasına, məhsuldarlığın azalmasına səbəb olur:

“KİV-lərdə yayılan məlumatlara əsasən, ermənilər “Metsamor” AES-də yaranan tullantıları nəzarətdən kənar qalmış ərazilərdə basdırıblar. Bu, həm radiaktiv fonun artmasına, həm də bioloji müxtəliflikdə mutasiyaların yaranmasına səbəb olub. Ümumiyyətlə, işğal edilmiş Azərbaycan torpaqlarında xüsusi mühafizə olunan ərazilərin meşə sahələrinin uzun müddət nəzarətdən kənarda qalmasının özü bioloji müxtəlifliyə böyük ziyan vurub. İşğala qədər xüsusi mühafizə ərazilərindəki meşə sahələrində mütəmadi monitorinq aparılırdı. İllərlə bunun aparılmaması artıq təbiətin balansının pozulmasıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti