...

Növbəti satışda 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu

İqtisadiyyat Materials 28 Yanvar 2021 11:45 (UTC +04:00)
Növbəti satışda 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu

Bakı. Trend:

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 10.09.2020 və 14.09.2020-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı uğurla başa çatdırılmışdır.

Agentlikdən Trend-ə verilən məlumata görə, mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir.

2 mənzil isə 10.09.2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilmişdir. Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçmişlər. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmamışdır.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, Hövsan Yaşayış Kompleksində 30.06.2020-ci il tarixində keçirilən ilk satışın nəticəsində 224 ailə güzəştli mənzilə sahib olmuşdur. Ümumilikdə iki satışın nəticəsində 625 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzil əldə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti