Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı. Trend:

Fevralın 5–də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclası keçirilib.

Trend xəbər verir ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin, habelə Vətən müharibəsində iştirak etmiş nazirlik əməkdaşlarının iştirakı ilə keçirilən kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın tam azad edilməsi ili kimi həkk olunub.

Kollegiya iclasında Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşları barədə məlumat verilib. Bildirilib ki, səfərbərlik çərçivəsində nazirlik sistemində müxtəlif vəzifələrdə çalışan 17 əməkdaş Vətən müharibəsinə qatılıb, ərazi bütövlüyümüzün bərpası uğrunda şərəfli döyüş yolu keçiblər.

S.Şərifov Azərbaycanın haqq savaşında yüksək vətənpərvərlik göstərən əməkdaşlara öz təşəkkürünü bildirib, onların nazirlik sistemində nizam-intizamlı, bacarıqlı və işgüzar kadrlar olmaqla yanaşı, döyüş meydanında da cəsur əsgər kimi özlərini şərəflə doğrultduqlarını vurğulayıb. Təsadüfi deyil ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 6 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə müxtəlif medallarla təltif olunub. Hətta 1 nəfər - Ağdaş Rayonu üzrə Maliyyə Şöbəsinin əməkdaşı Əlibala Manafov dövlət başçısının sərəncamları ilə 4 medalla təltif olunub.

2020-ci ilin sosial-iqtisadi yekunlarına gəlincə isə maliyyə naziri bildirib ki, bütün dünya dövlətləri kimi Azərbaycan iqtisadiyyatı da ötən il koronavirus pandemiyası sınağı ilə üzləşib. Qlobal pandemiya, onunla mübarizə məqsədilə tətbiq edilən məhdudiyyətlər, iqtisadi fəallığın zəifləməsi və istehlak tələbinin daralması, neft hasil edən ölkələr tərəfindən hasilatın azaldılması barədə qəbul edilən qərarlar ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Lakin, görülən sistemli və kompleks tədbirlər nəticəsində xarici mənşəli şoklar səbəbindən dünyada baş verən tənəzzülün ölkəmizdə kəskin fazaya keçməsinin qarşısı alınıb.

Ölkədə yaranmış yeni iqtisadi reallıqlar operativ təhlil edilərək 2020-ci ilin iyul ayında dövlət büdcəsinə yenidən baxılıb, bəzi büdcə gəlirləri üzrə daxilolmalar dəqiqləşdirilib, prioritet kəsb etməyən xərclər ixtisar edilib, bir sıra zəruri sahələrin xərcləri isə artırılıb. Hesabat ilində Prezident İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən ölkənin səhiyyə sisteminin artan tələblərinin qarşılaması, pandemiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsirlərin azaldılması, əhalinin həssas sosial qruplarına və biznesə iqtisadi dəstək tədbirləri, eyni zamanda, Silahlı Qüvvələrimizin müdafiə potensialının gücləndirilməsi və maddi-texniki təminatı ilə bağlı xərclər tam şəkildə maliyyələşdirilib.

Ötən ilin dövlət büdcəsinin icra vəziyyəti barədə məlumat verən maliyyə nazirinin müavini Azər Bayramov qeyd edib ki, qeyri-əlverişli mühitə və çətinliklərə rəğmən 2020-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib. Belə ki, operativ məlumatlara əsasən 2020-ci ildə icmal büdcənin gəlirləri 24 milyard 463 milyon manat, xərcləri isə 29 milyard 160 milyon manat icra olunub. İcmal büdcədə yaranmış 4 milyard 698 milyon manat kəsir proqnozlaşdırılmış 7 milyard 945 milyon manat kəsirə nisbətən 3 milyard 248 milyon manat və ya 40,9 faiz az olub.

2020-ci ildə dövlət büdcənin gəlirləri 24 milyard 679 milyon manat və ya 102,3 faiz, xərcləri isə 26 milyard 416 milyon manat və ya 96,1 faiz icra olunub. Dövlət büdcəsinin kəsiri 1 milyard 737 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 3 milyard 368 milyon manat kəsirdən 1 milyard 631 milyon manat və ya 48,4 faiz azdır.

Qeyd olunub ki, büdcə kəsirinin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icra olunması hesabına yaranıb. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7 milyard 387 milyon manat vəsait təmin edilib ki, bu isə proqnoza qarşı 197 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsi tərəfindən isə dövlət büdcəsinə 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon manat vəsait təmin edilib. Bu isə proqnoza qarşı 108 milyon manat çoxdur. Dövlət Neft Fondunun transferti üzrə daxilolmalar 100 faiz və ya 12 milyard 200 milyon manat həcmində olub.

Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə dövlət büdcəsinə 596 milyon manat, sair daxilolmalar üzrə 558 milyon manat vəsait daxil olub.

A.Bayramov bildirib ki, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə 2020-ci il 1 yanvar tarixindən beynəlxalq təcrübəyə uyğun yeni vahid büdcə təsnifatının tətbiqinə başlanılıb. Bundan başqa, ötən il ərzində “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün ölkə ərazisində tətbiq edilməsi başa çatdırılıb, xəzinə əməliyyatlarının bu sistem vasitəsilə aparılmasını təmin etmək məqsədilə respublikanın şəhər və rayonlarında regional xəzinədarlıq idarələri yaradılıb, şəhər və rayonlar üzrə maliyyə orqanlarında xəzinə əməliyyatları və xəzinə əməliyyatlarının uçotu ilə bağlı struktur bölmələrinin funksiyaları yeni yaradılan regional xəzinədarlıq idarələrinə verilib.

“Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin tətbiqi nəticəsində kredit sərəncamçılarının pul vəsaitlərinin son təyinatına çatdırılması sürətləndirilib, büdcə daxilolmalarının ayrı-ayrı büdcə səviyyələri və tədiyyə növləri üzrə uçota alınması tamamilə avtomatlaşdırılıb, xəzinədarlıqda və büdcə təşkilatlarında elektron sənəd dövriyyəsinin daha geniş şəkildə tətbiqinə imkanlar yaradılıb. Sistemin tətbiqi prosesində dövlət büdcəsinin icrası mexanizminə edilən dəyişikliklərin biri də bütün növ bank əməliyyatlarının real vaxt rejimində Dövlət Xəzinədarlığının Mərkəzi Bankında olan vahid xəzinə hesabı vasitəsilə həyata keçirilməsindən, büdcə və büdcədənkənar daxilolmaların mərkəzi xəzinədarlığa birbaşa mədaxil edilməsindən və avtomatik uçota alınmasından ibarət olub.

Maliyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinin tətbiqinin genişləndirilməsi baxımından ötən il ərzində bir sıra mühüm addımlar atılıb, dövlət büdcəsinin icrasına dair hesabatların elektron sənəd formasında qəbul və emal edilməsinə qərar verilib və 2020-ci ilin 1 aprel tarixindən elektron imza ilə təsdiq edilmiş aylıq, rüblük və ilin əvvəlindən artan yekunla hesabatların elektron sənəd formasında qəbul edilməsinə başlanılıb.

Həmçinin, “Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi” prioriteti çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24 saat / 7 gün / 365 gün rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən “Ani Ödəniş Sistemi”nin infrastrukturuna inteqrasiya olunub.

Eyni zamanda, büdcə daxilolmalarının daha operativ emal edilməsi məqsədilə Agentliklə Dövlət Gömrük Komitəsi arasında məlumat mübadiləsini sürətləndirməyə imkan verən əlavə elektron servis istifadəyə verilib.

Büdcə xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu vurğulayan S.Şərifov nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına dövlət maliyyəsinin xərclənməsində, satınalma qaydalarına əməl edilməsində baş verə biləcək kənarlaşma hallarına qarşı barışmaz mövqe nümayiş etdirmələri, öz səlahiyyətləri çərçivəsində mübarizə aparmaları barədə konkret tapşırıqlar verib. Maliyyə naziri bildirib ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin xərclərə nəzarətin daha da gücləndirilməsi, xüsusilə dövlət xətti ilə alınan mallara ciddi nəzarət olunması ilə bağlı tapşırıqları cari ildə fəaliyyətimizdə əldə rəhbər tutacağımız ən vacib istiqamətlərdən biri olacaq. İlk növbədə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməli, uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, o cümlədən ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri və digər xidmət və alışlar üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər.

2020-ci il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı aparılan nəzarət tədbirlərindən danışan Kollegiyanın sədri bildirib ki, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Kollegiya iclasında qeyd olunub ki, artıq Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamına əsasən 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə sonrakı üç il üçün büdcə xərclərinin tərtibi prosesinə start verilib. Funksional təsnifatının “təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi” pilot bölmələrini əhatə edən ortamüddətli xərclər çərçivəsi sənədinin layihəsinin hazırlanmasına, göndəriləcək müvafiq təlimat məktubuna əsasən sifarişlərin qəbuluna başlanılacaq. Ötən ildən fərqli olaraq cari ildə pilot bölmələr üzrə proqram və tədbirlərin icrasının monitorinqi aparılacaqdır.

Maliyyə naziri qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun, vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib, hazırda geniş imkanlara malik yeni büdcə proqnozlaşdırma proqramının tətbiqi ilə bağlı son tamamlanma işlərinin aparıldığını qeyd edib.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin cari il üçün qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayan Kollegiyanın sədri Samir Şərifov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə artıq icrasına başlanılmış bərpa-yenidənqurma və quruculuq işlərinin aparılması, iqtisadiyyatın artım tempinin bərpa edilməsi, iqtisadi fəallığa təkan verilməsi, koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, o cümlədən peyvəndləmə prosesinin başa çatdırılması, post-pandemiya dövründə də ölkə iqtisadiyyatının canlandırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən proqramların, iqtisadi və sosial dəstək tədbirlərinin maliyyə təminatının yaradılmasıdır.

Bununla əlaqədar 2021-ci ildə kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi qərara alınıb, dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb ki, bu tədbirlər hesabına da ölkədə həm iqtisadi fəallığın təşviqi, həm də Qarabağın yenidən qurulması və ölkə iqtisadiyyatına re-inteqrasiyasının təmin edilməsi maliyyələşdiriləcək.

İclasda 2020-ci il ərzində mühasibat uçotu sahəsində görülmüş işlər barədə məruzə dinlənilib, mühasibat uçotu sahəsində beynəlxalq standartların tətbiqi və qanunvericilik aktlarının həmin standartlara uyğunlaşdırılması məqsədilə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi, bəzilərinin yenidən hazırlanması və təsdiq olunması, habelə qüvvədə olan qanunvericilik aktlarının icrası ilə əlaqədar işlərin ardıcıl şəkildə davam etdirildiyi bildirilib. Qeyd olunub ki, Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində “Kiçik sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” və “Orta və iri sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” mövzuları üzrə təlim modulları və materialları internet saytları və sosial şəbəkələr vasitəsilə yayılaraq, uçot işçilərinə və mühasiblərə çatdırılıb.

Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Türkiyədən Azərbaycana polad ixracı artıb
Türkiyədən Azərbaycana polad ixracı artıb
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Loading Bars
Xəbər lenti
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər
Prezident İlham Əliyev: Böyük Qayıdış proqramının icrasında ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
Prezident İlham Əliyev: Şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir
Prezident İlham Əliyev: Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb - XİN
Türkiyədən Azərbaycana daha çox sərmayəçi gələ bilər - Abdurrahman Uzun
Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir - Aydın Quliyev
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb (FOTO)
Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar gecikir (FOTO)
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Bütün xəbərlər