Bakı. Sədrəddin Ağcayev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 75,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel azdır.
(Tərcümə: Orxan Nəbiyev)