...

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı açıqlanıb

İqtisadiyyat Materials 31 Avqust 2021 10:50 (UTC +04:00)
Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı açıqlanıb

Bakı. Samir Əli - Trend:

Azərbaycanda 7,6 milyon baş iribuynuzlu, 2,5 milyon xırdabuynuzlu heyvan var.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin rəisi Mirzə Əliyev deyib.

O bildirib ki, il ərzində 33,5 milyon vaksin vurulur: "Dövlətin nəzdində bu günə qədər 1624 baytarlıq xidməti fəaliyyət göstərirdi. Bu da iş yükünü çətinləşdirirdi. Artıq özəl baytarlıq xidmətinə keçid elədik ki, bu problem aradan qaldırılsın. Bu təcrübə Gürcüstanda tətbiq edilsə də uğursuz oldu. Amma Qərbi Avropa ölkələrində bu sistemə keçid olub və uğurlu alınıb. Biz də bu təcrübədən yararlanaraq özəl xidməti tətbiq etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti